Əmək müqavilələrinin sayı artır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 350,9 min artıb və 2023-cü il sentyabr ayının 1-nə 1.752,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 331 min artaraq 871 minə yaxın olub.