Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan-İsrail iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında videokonfrans formatında görüş keçirilib.

İqtisadiyyat naziri yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib. Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.

Avi Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər investisiya,  ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.