Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Avqust ayında 1.458 kommersiya qurumu dövlət qeydiyyatından keçib

2023-cü il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.480.258 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,2 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 171.165 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,9 faiz artım qeydə alınıb.

2023-cü ilin sentyabr ayının 1-nə tarixinə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33.317 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz artım deməkdir.

2023-cü ilin avqust ayı ərzində 1.458 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,1 faizi yerli investisiyalı, 12,9 faizi isə xarici investisiyalıdır. 2023-cü ilin avqust ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 83,5 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 faiz təşkil edib. 2023-cü ilin avqust ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 179 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 vahid çoxdur.

2023-cü ilin avqust ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 52,6 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 44,9 faiz artıb.