Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb
Naxçıvan Muxtar Respublikasında sentyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artaraq 14.258 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 36,4 faiz çoxalaraq 431 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 12,3 faiz artaraq 5.024-ə çatıb.