Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ölkə ərazisində 92 mindən çox yeni nəsil NKA quraşdırılıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 92.588 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.