Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyində ICIEC-in Baş icraçı direktoru görüş keçirilib

Ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Baş icraçı direktoru Ussama Kaysi ilə görüşüb.

Görüşdə Azərbaycanın İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü ilə bağlı müvafiq qətnamənin qəbulundan ötən dövr ərzində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib, Korporasiya ilə əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıqla bağlı təkliflər səsləndirilib.

Tərəflər ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması, Azərbaycan üzrə inkişaf prioritetlərinin siyahısı və onların bölgüsünə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 1-4 iyun 2022-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində keçirilmiş İslam İnkişaf Bankının 47-ci İllik Toplantısı çərçivəsində ölkəmizin Korporasiyaya üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub. Korporasiyaya üzvlük prosedurlarına uyğun olaraq İCİEC-in Təsis Sazişi Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli Qanunu ilə təsdiq edilib.