Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, MDSS və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirirərək istifadəyə verib.

Elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərüffatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.

Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/telimatlar