Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb

2023-cü il avqust ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 3.540 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.

Yanvar-iyul aylarında kommersiya qurumlarının 60,5 faizi elektron qaydada, 39,5 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.