Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:
Quliyev Taryel Aydın oğlu - Bakı şəhəri vergilər departamentinin rəisi
Mahmudov Əli Muxtar oğlu - Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 10 fevral 2010-cu il
№– 735
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 fevral 2010-cu il, №– 32).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2010-cu il, №– 2 (152), maddə 116).