Bu il istehlakçılara 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb
“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ildən artıq vaxt keçir. Ölkəmizdə uğurla tətbiq edilən bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.