Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR-də vergi daxilolmaları 38 faiz artıb

Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38 faiz və ya 25 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,4 faiz və ya 28,1 milyon manat artıb.

 Cari ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.