Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan nümayəndə heyəti Türkiyədə görüşlər keçirib

Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qəbulunda olub.

Görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya, sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşma və digər səhələrdə uğurla əməkdaşlıq edir.

Qəbulda ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və əməkdaşlığın perspektivləri barədə  müzakirə aparılıb.

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb.

Görüşdə qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.