Naxçıvan MR-də vergi daxilolmaları 36 faiz artıb
Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 6 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz və ya 20 milyon manat çoxdur. Təkcə bu ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8 faiz və ya 2,2 milyon manat artım qeydə alınıb.