Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektiv layihələr barədə müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə görüşündə ölkəmizin İFC ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə ölkəmizdə reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri, o cümlədən, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı yönündə islahatlar, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl tərəfdaşlığı, azad olunmuş əraziərimizdə reinteqrasiya tədbirləri və s. barədə məlumat verilib, İFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanları bildirilib.
Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirə aparıblar.