Vergi daxilolmaları 41,6 faiz artıb
2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6 faiz və ya 2,7 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 199,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 801,3 milyon manat artım deməkdir.