Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin nümayəndəsi təltif olunub

İyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 27-ci Baş Assambleyası keçirilib. Tədbir çərçivəsində iştirakçı ölkələr üçün Qala şam yeməyi təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti də iştirak edib.

Tədbir zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi, DVX-nin İOTA üzrə baş əlaqələndirici şəxsi Orxan Musayev təşkilatın fəaliyyətində aktiv iştirakına və quruma qatdığı dəyərə görə sertifikat və mukafatla təltif olunub.