Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tbilisidə IOTA-nın 27-ci Baş Assambleyası keçirilib

İyunun 28-də Tbilisidə Gürcüstanın Gəlirlər Xidmətinin sədrliyi və ev sahibliyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 27-ci Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

“Beynəlxalq vergi sisteminin və vergi administrasiyalarının transformasiyası” mövzusuna həsr edilmiş sessiyada bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və üzv ölkələrin vergi administrasiyaları ilə qarşılıqlı məlumat mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub.

Sessiya keçirildiyi binada bir sıra ölkələrin vergi xidmətlərinin fəaliyyətini, iqtisadi göstəricilərini əks etdirən guşələr yaradılıb. Azərbaycan guşəsində ölkəmizin iqtisadi potensialı, vergi xidmətinin təşkili, qəbul olunmuş proqram və nəzərdə tutulmuş layihələr barədə məlumatlar əksini tapıb.