Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Orxan Nəzərli və onu müşayiət edən şəxslər iyunun 28-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, səfərin məqsədi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) Tbilisidə keçirilən 27-ci Baş Assambleyasında iştirak etməkdir.