Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb
2023-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2.457 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb. Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, 50 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.