«Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilsin.
2. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilməsi barədə Finlandiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 29 sentyabr 2005-ci il
№– 1026.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, №– 9, maddə 846).