“Sustainable Water Solutions” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
BƏƏ ilə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin “Sustainable Water Solutions” Holdinqinin idarəedici direktoru və baş icraçı direktoru Əhməd Əl Şəmsi ilə görüşüb.
İqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, təbii resurslardan səmərəli istifadə olunması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib.
Nazir yeni iqtisadi çağırışlar şəraitində su mənbələrindən səmərəli istifadə və müasir texonoloji həllərə dayanan su idarəçiliyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində şirkətlə ölkəmizin əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Əhməd Əl Şəmsi rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqılarını ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Sustainable Water Solutions”şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Tərəflər innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıb.