Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru ilə görüş keçirilib

“Starwood Capital Group” şirkəti ilə görüşdə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb.

Görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ və bərpa olunan enerji, logistika, turizm və digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə “Starwood Capital Group” şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub.

Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər və şirkətlə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.


Qeyd: Alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-da yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit və enerji infrastrukturu sahüzrə investisiya yatırıb. Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir.