Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 59,9 mln. manatdan çox olub

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 6,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nİsbətən 19,4 faiz artaraq 16,6 milyon manat təşkil edib. 
Yanvar-may aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artıb və 1,5 milyon manatdan artıq olub. 
2023-cü ilin 5 ayında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 9,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artıb.