Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə 152 minə yaxın Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 246.500 şəxs qəbul edilib və onlara 467.463 sayda xidmət göstərilib, bunlardan 128 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 113 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
  • vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
  • vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • vergi ödəyicilərinə arayışların verilməsi;
  • vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-may ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 11,7 mindən çox yazılı müraciət cavablandırılıb, 6,5 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 841 minə yaxın SMS göndərilib.

Dövr ərzində 1.625 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 2.038 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Yanvar-may aylarında ümumilikdə 100.260 müraciət üzrə 151.927 Asan İmza sertifikatı verilib. 6,7 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.