Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyiciləri elektron kabinetə yalnız elektron imza vasitəsilə daxil ola biləcəklər

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitəsilə şəxsi elektron kabinetlərinə daxil ola  biləcəklər. Yeniliyin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyi və məxfiliyini daha etibarlı qorumaqdır. Mövzu ilə bağlı “Biznes mühiti”nin suallarını Dövlət Vergi Xidmətinin şöbə rəisi Məmməd Quliyev cavablandırır.