Aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb
İyun ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 738,4 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb və 42,6 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəlinə nisbətən 3,4 faiz artaraq 195,7 minə çatıb.