Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin bəzi məsələləri haqqında” 2004-cü il 17 sentyabr tarixli 133 nömrəli, “Vergilər Nazirliyinin ştat sayı haqqında” 2007-ci il 27 dekabr tarixli 211 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” 2011-ci il 16 mart tarixli 41 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” 2014-cü il 4 fevral tarixli 33 nömrəli və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” 2018-ci il 29 dekabr tarixli 574 nömrəli qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların 2 Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 fevral tarixli 2042 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 17 sentyabr tarixli 133 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 748) ləğv edilsin.

2. “Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1346) ləğv edilsin.

3. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 234) ləğv edilsin.

4. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 188) ləğv edilsin.

5. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 574 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2764) ləğv edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 iyun 2023-cü il

№ 185