Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan və Slovakiya ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıblar

İyunun 7-də Slovakiya Respublikasının Bratislava şəhərində “Azərbaycan Respublikası ilə Slovakiya  Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, Slovakiya tərəfdən xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski imzalayıblar.

İmzalanmış Saziş həm Azərbaycan, həm də Slovakiya sərmayəçilərinə əlverişli şəraitin yaradılmasına və xarici iqtisadi fəaliyyətin təşviq  edilməsi üçün böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Saziş hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.