Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq, qərara alıram:
1. Hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 1 fevral 2005-ci il.
№– 607.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 fevral 2005-ci il, №– 24).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, №– 2, maddə 76).