Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti ADAU-da keçirilmiş 15-ci “Karyera Sərgisi-2023” tədbirində təmsil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15-ci “Karyera Sərgisi-2023” keçirilib. Sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən artıq vakant yer təqdim olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri sərgidə xüsusi stendlə iştirak ediblər. Sərgi çərçivəsində DVX-nin insan resursları üzrə mütəxəssisləri tərəfindən sərgi iştirakçılarına və tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən tədbirlər, proqramlar və təlimlər barədə məlumat verilib.

Dövlət Vergi Xidməti tərəfindən gənclərin karyera qurması, onların vergi sahəsində biliklərinin artırılması və işgüzar səriştələrinin formalaşması üçün müxtəlif layihələr həyata keçirilir. Həmçinin dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri vergi orqanlarına işə qəbul etmək məqsədilə vaxtaşırı müsabiqələr təşkil edilir.

DVX-də karyera imkanları ilə maraqlananlara bildirilib ki, gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil olunub və bu il üçün proqrama növbəti qəbul elan edilib. Layihədə iştirak üçün tələb edilən şərtlər barədə ətraflı izahat verilib. DVX tərəfindən gənclərin karyera imkanları üçün yaradılmış imkanlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu barədə onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edilməlidir ki, belə sərgilər müəssisə və təşkilatlarla tələbə və məzunlar arasında əlaqələrin qurulması, gənclərimizin maraq göstərdiyi sahələrin müəyyən edilməsində, o cümlədən işlə təminatında vacib rol oynayır. DVX-nin nümayəndələri tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan təcrübə və iş imkanlarından yararlanmağa dəvət ediblər.