Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və onların fəaliyyətinin səmərəsini artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mərkəzi aparat işçilərinin vəzifə maaşları orta hesabla 2 dəfə, digər vergi orqanları işçilərinin vəzifə maaşları isə orta hesabla 3 dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 15 yanvar 2003-cü il
№– 1129

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 yanvar 2003-cü il, №– 12).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, №– 1, maddə 56).