Saatlı Vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək
Mayın 30-dan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Saatlı rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzi texniki səbəblərlə əlaqədar bir müddət fəaliyyət göstərməyəcək.
Saatlı rayonu üzrə 5 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün 5 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Şirvan şəhəri, Naxçıvan küçəsi, 162 (5 saylı ƏVİ-nin inzibati binası) (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Salyan rayonu, Heydər Əliyev prospekti (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Sabirabad rayonu, İ.İsgəndərov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Hacıqabul rayonu, İ.Qayıbov küçəsi, 15 (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Neftçala rayonu, Heydər Əliyev prospekti, 35 (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Vergi xidmətlərinin əsasən elektronlaşdırıldığını nəzərə alaraq, vergi ödəyiciləri onlara lazım olan xidmətlərdən elekton formada da faydalana bilərlər.
Saatlı Vergi ödəyicilərinə xidmət mərkəzinin yenidən fəaliyyətə başlayacağı vaxt barədə əlavə məlumat veriləcək.