Aktiv vergi ödəyicilərinin sayı 2,9 faiz artıb
2023-cü ilin may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 732,2 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artıb və 42 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 193,2 minə çatıb.