Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) üzrə İnklüziv Çərçivəyə qoşulmasından irəli gələn məsələlərin müzakirəsinə dair Forum keçirilib. Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev, baş idarənin rəis müavini Ceyhun İsmayılov və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin əməkdaşı Emil Kərimov təmsil ediblər.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən forumun gündəliyinə salınmış təməl distribütor və marketinq əməliyyatları üzrə beynəlxalq vergitutma aspektlərinin müəyyən edilməsi məsələsi diqqətdə saxlanılıb. Azərbaycan nümayəndələri ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan distribütor fəaliyyətləri, onların vergiləndirilməsi mexanizmləri, vergilərin hesablanması üçün tətbiqi nəzərdə tutulan vahid hesablama alətlərini özündə birləşdirən təlimat layihəsinin hazırlanması üzrə müzakirələrdə fəal iştirak ediblər.

Səfər çərçivəsində BEPS üzrə mövcud əməkdaşlığın genişləndirilməsi və minimal tələblərə beynəlxalq standartlar çərçivəsində vaxtında və effektiv əməletmənin təmin olunması, DVX-nin müvafiq struktur vahidlərinin, eləcə də kadr potensialının işinin daha da gücləndirilməsi üçün əlavə təlimlərin keçirilməsi məqsədilə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin bölmə rəhbəri Tomas Balko, həmin Mərkəzin müşaviri Laura Stefanelli və digər məsul şəxslərlə görüşlər keçirilib.