Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Özbəkistanla prioritet sahələrdən olan avtomobil sənayesi üzrə əməkdaşlıq genişlənir

Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.

"Azərmaş CP" Məhdud Məsuliyyətli Cəmiyyətinin Özbəkistanın “Uzavtosanoat" Səhmdar Cəmiyyətinin dəstəyi ilə reallaşdıracağı layihənin investisiya dəyəri 88 milyon manatdır. Müəssisə tam olaraq "Azərmaş CP" MMC tərəfindən maliyyələşdirilir. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.

Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə avtomobil sənayesinin inkişafına və bu istiqamətdə Özbəkistanla əməkdaşlığa önəm verildiyini qeyd edib. Bildirilib ki, zavod Azərbaycanda istehsalın lokalizasiyasını sürətləndirməklə, regionun inkişafına, məşğulluğun artırılmasına töhfə verəcək. Tədbirdə iştirak edən İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, “Maşın və avadanlıq istehsalçıları” Assosiasiyasının sədri Emin Axundov, “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi “Azərmaş” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. “Azərmaş” və “Uzavtosanoat” səhmdar cəmiyyətlərinin ölkəmizdə “Azərmaş CP” müştərək müəssisəsi yaradılıb, birgə layihə olan “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. İndiyədək 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal olunub.