Naxçıvan MR-də nağdsız əməliyyatların həcmi 2,8 dəfə artıb
Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin olunması Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərməkdə davam edir.
2023-cü ilin yanvar-mart aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb. Cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 17,4 milyon manatı POS-terminalların, 93,3 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.