Naxçıvan MR-də qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb
Naxçıvan MR Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında muxtar respublikada 1.441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki şəxslər, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.
Cari ilin birinci rübündə kommersiya qurumlarının 40%-i elektron qaydada, 60%-i kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.