Naxçıvan MR-də vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi inzibatçılığının təkmilləşdirilməsi prosesini davam etdirir. Bu, vergi ödəyicilərinə xidmətin keyfiyyətində və vergi ödəmələrinin artımında öz əksini tapır.
2023-cü ilin birinci rübündə muxtar respublikada bütün vergilərin təxminən 81 faizi könüllü ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub. 2022-ci ilin yanvar – mart aylarına nisbətən bu ilin birinci rübü ərzində ümumilikdə vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib.