Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. hüquqi şəxslərin dövlət reyestrinin tərtib edilməsi və aparılması üçün zəruri olan maliyyə və digər vəsaitlərin ayrılmasını təmin etsin;

1.4. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü, 12.11-ci və 15.4-cü maddələrinə müvafiq olaraq, hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarını, dövlət reyestr kitabının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və ərizənin formaları, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi də daxil olmaqla, Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.5. öz səlahiyyətləri daxilində «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.3-cü, 4.6-cı, 5.1-ci, 5.6-cı (ikinci cümlədə birinci və ikinci halda), 8.2-ci, 8.3-cü, 8.4-cü, 8.5-ci, 9.2-ci (birinci və ikinci cümlələrdə), 10.1-ci, 11.3.1-ci, 11.3.4-cü, 11.4-1-ci (birinci və ikinci cümlələrdə), 12.1-ci, 13.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-ci, 16.2-ci (16.2.4-cü maddə istisna olmaqla), 16.4-cü, 16.5-ci, 16.7-ci, 17.0-cı, 18.1-ci, 20.3-cü və 20.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası prezidentinin 1997-ci il 7 aprel tarixli, 571 nömrəli fərmanının 1-ci və 2-ci bəndlərinə, 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci abzasına, 2002-ci il 24 avqust tarixli, 758 nömrəli fərmanının 8-ci bəndinə və 2003-cü il 23 oktyabr tarixli, 947 nömrəli fərmanının 2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi , Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.1-1. həmin Qanunun 2.0.11-ci, 2.0.13-cü maddələrində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.4-cü maddəsinin ikinci cümləsində, 5-1.6-cı maddəsinin birinci cümləsində və 12.12-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.2. həmin qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, habelə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.3. həmin qanunun 7.1.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır;

2.6. hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən bu fərmanın 2.1-ci bəndinə əsasən, müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri , Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etdikləri reyestrlərinin məlumatları əsasında tərtib edilir;

2.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri , Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində tərtib etdikləri reyestrləri hüquqi şəxslərin vahid dövlət reyestrinin tərkib hissəsidir;

2.8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri , Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi müəyyən olunmuş qaydada və müddətdə onlar tərəfindən qeydiyyata alınmış müvafiq şəxslər barəsində məlumatları hüquqi şəxslərin vahid dövlət reyestrini mərkəzləşdirilmiş qaydada aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verirlər;

2.9. həmin qanunun 12.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-ci və 16.4-cü (ikinci cümlədə birinci və ikinci halda), 16.5-ci, 16.7-ci, 17.0-cı (hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrindəki yazıların ləğv edilməsi ilə bağlı), 18.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, habelə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.10. həmin qanunun 12.3-cü, 12.11-ci və 15.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.11. həmin qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.12. həmin qanunun 7.2-ci, 12.12-ci, 16.2.2-ci, 16.2.3-cü və 17.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq, müvafiq vergi orqanları həyata keçirirlər;

2.12-1. həmin Qanunun 16.2.4-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

2.13. həmin qanunun 17.1.1-ci və 17.1.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlah»iyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2.14. həmin Qanunun 17.2.1-ci və 17.2.2-ci maddələrində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;

2.15. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;

2.16. həmin Qanunun 5.3.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, kommersiya qurumlarına münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.

2.17. həmin Qanunun 11.4-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. Müəyyən edilsin ki:

2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 9.2-1.1-ci və 9.2-2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

2.3. həmin Qanunun 12.3-cü, 12.11-ci və 15.9.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 2.0.3-cü, 4.6-cı və 5.1-ci maddələrində, 5.6-cı maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 8.2-ci maddəsinin birinci cümləsində, 8.3-cü maddəsinin birinci cümləsində, 8.4-cü maddəsində, 8.5-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 11.3.1-ci və 11.3.4-cü maddələrində, 11.4-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 13.1-ci və 15.2-ci maddələrində, 15.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsində, 16.2-ci maddəsinin birinci abzasında, 16.4-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 16.5-ci maddəsində, 16.7-ci maddəsinin birinci cümləsində, 17-ci maddəsində (birinci halda), 18.1-ci maddəsinin ikinci cümləsində, 20.3-cü maddəsinin birinci cümləsində və 20.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

2.4.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

2.4.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;

2.4.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi;

2.5. həmin Qanunun 2.0.11-ci, 2.0.13-cü və 2.0.16-cı maddələrində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.4-cü maddəsinin ikinci cümləsində və 5-1.6-cı maddəsinin birinci cümləsində , 5-1.6-cı maddəsinin birinci cümləsində, 7-2.1-ci maddəsində və 7-2.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 5.3.4-cü, 12.12-ci və 15.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

2.7. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;

2.8. həmin Qanunun 6.1.3-cü maddəsinin birinci cümləsində və 7.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.9. həmin Qanunun 7.2-ci maddəsində, 8-1-сi maddəsində (birinci halda), 9.2-1-ci maddəsinin birinci abzasında və 13.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

2.10. həmin Qanunun 8-1-сi maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir;

2.11. həmin Qanunun 9.2-2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.12. həmin Qanunun 11.4-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.13. həmin Qanunun 12.3-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.14. həmin Qanunun 16.2.4-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.14-1. həmin Qanunun 17-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

 

2.14-1.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

 

2.14-1.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2.15. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi dövlət qeydiyyatına aldığı qeyri-kommersiya qurumları barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu fərmanın icrası, o cümlədən hüquqi şəxslərin dövlət reyestrinin təşkil edilməsi, onun aparılması və reyestr məlumatlarının dərc olunması ilə bağlı məsələlərin həllini təmin etmək məqsədi ilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılmış bölgə şöbələrinin yerləşdirilməsi, strukturu və ştatlarının say tərkibinə və bununla əlaqədar başqa məsələlərə yenidən baxsın, habelə bu fərmanın icrası ilə bağlı digər məsələlərin həllini səlahiyyətləri daxilində təmin etsin.

4. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində dövlət qeydiyyatına aldıqları hüquqi şəxslər barədə məlumatları hüquqi şəxslərin vahid dövlət reyestrini aparan Azərbayan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

6. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 12 aprel 2004-cü il.
№– 48

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 aprel 2004-cü il, №– 85).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2004-cü il, №– 4, maddə 228).

9 avqust 2005-ci il tarixli, 276 nömrəli; 15 sentyabr 2005-ci il tarixli, 295 nömrəli; 16 dekabr 2005-ci il tarixli, 334 nömrəli; 12 dekabr 2006-cı il tarixli, 487 nömrəli; 20 fevral 2008-ci il tarixli, 713 nömrəli; 20 yanvar 2012-ci il tarixli, 571 nömrəli; 27 dekabr 2013-cü il tarixli, 62 nömrəli; 1 fevral 2014-cü il tarixli, 96 nömrəli; 22 sentyabr 2017-ci il tarixli; 17 oktyabr 2017-ci il tarixli, 1636 nömrəli; 22 dekabr 2017-ci il tarixli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə.