Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəsmi saytında yeni bölmə yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) Azərbaycan və ingilis dillərində “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı yeni bölmə yaradılıb. Kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidləri ilə bağlı zəruri məlumatların yerləşdirildiyi bölmədə müvafiq sahə üzrə qanunvericilik, qeydiyyat prosedurlarının həyata keçirilməsi barədə informasiyalar, ərizə formaları, izahedici çarxlarla tanış olmaq mümkündür. Bölmədə, həmçinin, kommersiya qurumlarının dövlət qeydiyyatının üsulları, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, ərizələrin doldurulması qaydaları, “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”, “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”, “Fin-kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri” və “Qeyri-rezidentlərə ASAN imzanın onlayn təqdim edilməsi” mövzularında videotəlimatlar və s. əks etdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarının, PDF formatla yanaşı, “html” üzərindən açılması imkanı və axtarış funksiyası yaradılıb.

Əlavə olaraq bölmədə “Vergi ödəyiciləri üzrə axtarış”, “Məlumat dəyişikliyi və ləğv edilmə proseduru”, “Lisenziyaların verilməsi”, “Qeydiyyat orqanları ilə əlaqə” kimi alt bölmələrə də keçid etmək mümkündür.

Ətraflı məlumat üçün www.taxes.gov.az/az/page/qeydiyyat internet ünvanı ilə tanış ola bilərsiniz.