Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda obyektlərin 70,2 faizində yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü il aprelin 1-nə muxtar respublika ərazisində 1.415 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Cari ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,4 milyon manatdan çox, təkcə mart ayında isə ilin əvvəli ilə müqayisədə 2,2 dəfə çox olub.