Şahmat turniri davam edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri davam edir.
İsveçrə sistemi üzrə keçirilən turnirin 4-6-cı turları aprelin 15-də baş tutub, iştirakçılar aktivlərinə əlavə xallar yazdırıblar. Turnirin sonuncu - 7-9-cu turları aprelin sonunda keçiriləcək.