Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR-də elektron qaimə-fakturalar üzrə dövriyyə 393 mln. manatdan çox olub

Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar, biznesin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində atılan addımlar müsbət nəticələr verməkdədir.

2023-cü ilin yanvar-mart aylarında MR-də ƏDV ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 178,9 milyon manatdan çox, əldə olunmuş elektron qaimə-fakturalar üzrə isə 214,1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 2,1 dəfə, əldə olunmuş elektron qaimə-fakturalar üzrə 2,6 dəfə artım müşahidə olunub.