Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 55,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin birinci rübündə MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 36,6 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Təkcə bu ilin mart ayında vergi daxilolmaları 2022-ci ilin müvafiq dövrünə nisbətən 55,5 faiz və ya 5,1 milyon manat artıb.