Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 milyard manata çatıb
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 87.390 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-mart ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.