Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 33-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı» təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№– 956

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2017-ci il tarixli, 1221 nömrəli Fərmanındakı əlavə və dəyişikliklərlə.

 

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 956 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısı

1. Silaha dair:

1.1. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri;

1.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin:

1.2.1. rəisi və rəis müavinləri baş direktoru və onun müavinləri;

1.2.2. idarə və şöbə rəisləri, onların müavinləri;

1.2.3. yerli strukturlarının rəisləri və rəis müavinləri;

1.2.4. xüsusi (məxfı) bölməsinin rəisi;

1.2.4-1. kriminalistika və uçot bölməsinin rəisi;

1.2.5.   müstəntiqləri, təhqiqatçıları, əməliyyat müvəkkilləri, mühafizə və xidmət strukturlarının müvəkkilləri.

2. Fiziki qüvvə və xüsusi vasitələrə dair:

2.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin:

2.2. əməliyyat strukturlarının rəisləri, rəis müavinləri və əməliyyat müvəkkilləri;

2.3. mühafizə və xidmət strukturlarının rəisləri, rəis müavinləri və müvəkkilləri;

2.4. yerli strukturlarının əməliyyat müvəkkilləri.