Aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb
2023-cü ilin aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 724,4 minə çatıb. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 41,5 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 191,5 min olub.