Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə sahə üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə edilib, nağdsız hesablaşmaların aparılması və qanunvericilikdə mövcud olan vergitutma mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, sahənin nümayəndələrinin sualları cavablandırılıb. Sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.