Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi hüquqpozmaları ilə mübarizəyə dair metodik vəsait çap olunub

Dövlət Vergi Xidməti (DVX) və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə Tədbirlər Planına və hər iki qurumun tədris mərkəzləri arasında bağlanmış memoranduma əsasən, qarşılıqlı əməkdaşlıq çərçivəsində işçilərin peşəkar fəaliyyətlərinin inkişafına kömək edən layihələr həyata keçirilir. Bu məqsədlə Baş Prokurorluq tərəfindən “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin istintaqı xüsusiyyətlərinə dair” adlı metodik vəsait hazırlanıb.

Baş prokuror Kamran Əliyevin tapşırığı əsasında çap olunmuş metodik vəsaitin hazırlanmasına rəhbərlik Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən həyata keçirilib. Baş prokurorun rəhbərliyi ilə fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının martın 29-da keçirilmiş iclasında DVX-nin Tədris Mərkəzinin rəyçi olduğu həmin metodik vəsaitin təqdimatı olub.

Cinayət təqibini həyata keçirən orqanların, o cümlədən DVX-nin müvafiq sahədə fəaliyyət göstərən Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsinin əməkdaşları üçün mühüm əhəmiyyət kəsb edən metodik vəsait praktiki istifadə üçün müvafiq dövlət qurumlarına təqdim olunub.

Bu haqda ətraflı məlumatı linkə keçid etməklə əldə etmək olar: https://genprosecutor.gov.az/az/post/6156