Beynəlxalq müqavilələrin inzibatçılıq qaydaları ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” Qərarında müvafiq dəyişiklik edilib. Qərar və onun əlavələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2022-ci il tarixdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
İnzibatçılıq qaydalarına edilmiş əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra həmin Qaydaların tətbiqi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında çalışan əməkdaşların məlumatlandırılması məqsədilə Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən təlim keçirilib. Təlim iştirakçılarına Qaydaların tələbləri izah olunub, onun müddəalarının təcrübədə tətbiqi ilə bağlı müvafiq məlumatlar verilib. Təlim müddətində təcrübədə yaranmış çətinliklərlə əlaqədar müzakirələr aparılıb, onların həlli istiqamətində fikirlər irəli sürülüb, bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.
Təlimin yekununda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.